Tarix:12/02/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkətləri ilə birgə reallaşdırılan layihə çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçiriləcək. Startap hərəkatının genişləndirilməsinə və gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə paytaxt Bakı və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil olunacaq.
Turların keçiriləcəyi bölgələrdə 17 fevral tarixindən startapçılar üçün təlimlər başlayacaq.
Startap turuna bu dəfə Quba şəhərindən start veriləcək. Təşkilatçılar cəbhə bölgəsində yaşayan gənclərin innovativ ideyalarını dəyərləndirmək məqsədilə bu il ilk dəfə olaraq Ağdama da səfər edəcəklər. Ümumilikdə il ərzində Azərbaycanın 13 şəhər və rayonunda startap turları təşkil olunacaq.
Startap turları çərçivəsində iştirakçılara informativ sessiya, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. Qalib startaplar Milli Finalda iştirak hüququ qazanacaqlar.
Milli Finalda isə təşkilatçılar və tərəfdaşlar ilk üç yerin sahibini müəyyən edəcək və mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, "I2B – İdeyadan Biznesə" startap hərəkatına "www.i2b.az" saytında qeydiyyatdan keçərək qoşulmaq mümkündür.
“I2B – İdeyadan Biznesə” platforması 2020-ci ildə də davam etdiriləcək
Artıq iki ildir ardıcıl olaraq təşkil edilən "I2B – İdeyadan Biznesə" platforması 2020-ci ildə də davam etdiriləcək.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkətləri ilə birgə reallaşdırılan layihə çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçiriləcək. Startap hərəkatının genişləndirilməsinə və gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə paytaxt Bakı və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil olunacaq.
Turların keçiriləcəyi bölgələrdə 17 fevral tarixindən startapçılar üçün təlimlər başlayacaq.
Startap turuna bu dəfə Quba şəhərindən start veriləcək. Təşkilatçılar cəbhə bölgəsində yaşayan gənclərin innovativ ideyalarını dəyərləndirmək məqsədilə bu il ilk dəfə olaraq Ağdama da səfər edəcəklər. Ümumilikdə il ərzində Azərbaycanın 13 şəhər və rayonunda startap turları təşkil olunacaq.
Startap turları çərçivəsində iştirakçılara informativ sessiya, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. Qalib startaplar Milli Finalda iştirak hüququ qazanacaqlar.
Milli Finalda isə təşkilatçılar və tərəfdaşlar ilk üç yerin sahibini müəyyən edəcək və mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, "I2B – İdeyadan Biznesə" startap hərəkatına "www.i2b.az" saytında qeydiyyatdan keçərək qoşulmaq mümkündür.
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet