Tarix:12/02/20
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, məlumata görə, "Android 10" yenilənməsi 2018-ci ildə buraxılan "Xperia XZ2" və "Xperia XZ3" və 2019-cu ildə işıq üzü görən "Xperia 1" və "Xperia 5" smartfonlarına təsir edib. Qurğu sahibləri tərəfindən bir sıra problemlərin mövcudluğu sadalanır. Məsələn, onların sırasına ləng interfeys animasiyası, qurğunun gözləmə rejimindən gec çıxması, daktiloskopik sensorun düzgün işləməməsi daxildir.
Bildirilir ki, bir sıra hallarda "Xperia XZ2" və "Xperia XZ3" smartfonları eyni andan bir neçə əlavəni emal etməkdən imtina edir və kritik səhvə görə yenidən yüklənir. İstifadəçilərin hesabatlarında, həmçinin qurğunun qızması və avtonomluğun zəifləməsi ilə əlaqədar problemlər vurğulanır.
"Sony" qurğularının istifadəçilərinin əksər hissəsinin versiyasına görə, problemlər 2019-cu ilin dekabrında "Android 10" sistemində proqramlar yenilənəndən sonra başlayıb. "Android Police" nəşri istifadəçilərə "Android 9" sisteminə keçməyi və əməliyyat sisteminin stabil versiyasının buraxılışını gözləməyi tövsiyə edib.
Qeyd edək ki, yanvarın sonunda "Xiaomi Mi 9T" smartfonlarının sahibləri də "Android 10" sisteminin proqram yenilənməsində problemlərlə üzləşiblər. Onların sözlərinə görə, əməliyyat sisteminin yeni versiyası quraşdırıldıqdan sonra qurğular qızmağa və batareyanın işləmə vaxtı zəifləməyə başlayıb.
Nizam Nuriyev
“Android” yenilənməsi “Sony” smartfonlarına mənfi təsir göstərib
"Sony" smartfonlarının sahibləri "Android" əməliyyat sisteminin proqram yenilənməsində problemlərlə üzləşiblər."ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, məlumata görə, "Android 10" yenilənməsi 2018-ci ildə buraxılan "Xperia XZ2" və "Xperia XZ3" və 2019-cu ildə işıq üzü görən "Xperia 1" və "Xperia 5" smartfonlarına təsir edib. Qurğu sahibləri tərəfindən bir sıra problemlərin mövcudluğu sadalanır. Məsələn, onların sırasına ləng interfeys animasiyası, qurğunun gözləmə rejimindən gec çıxması, daktiloskopik sensorun düzgün işləməməsi daxildir.
Bildirilir ki, bir sıra hallarda "Xperia XZ2" və "Xperia XZ3" smartfonları eyni andan bir neçə əlavəni emal etməkdən imtina edir və kritik səhvə görə yenidən yüklənir. İstifadəçilərin hesabatlarında, həmçinin qurğunun qızması və avtonomluğun zəifləməsi ilə əlaqədar problemlər vurğulanır.
"Sony" qurğularının istifadəçilərinin əksər hissəsinin versiyasına görə, problemlər 2019-cu ilin dekabrında "Android 10" sistemində proqramlar yenilənəndən sonra başlayıb. "Android Police" nəşri istifadəçilərə "Android 9" sisteminə keçməyi və əməliyyat sisteminin stabil versiyasının buraxılışını gözləməyi tövsiyə edib.
Qeyd edək ki, yanvarın sonunda "Xiaomi Mi 9T" smartfonlarının sahibləri də "Android 10" sisteminin proqram yenilənməsində problemlərlə üzləşiblər. Onların sözlərinə görə, əməliyyat sisteminin yeni versiyası quraşdırıldıqdan sonra qurğular qızmağa və batareyanın işləmə vaxtı zəifləməyə başlayıb.
Nizam Nuriyev
Baxış sayı: 1081
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)