İnternetdən istifadə üzrə əsas tendensiyalara həsr edilən hesabat dərc olunub
İnternet tədqiqatlarında ixtisaslaşan “We Are Social” beynəlxalq agentliyi dünyada internetdən istifadə üzrə əsas trendlərə həsr olunan hesabat dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2019-cu ildə dünyada internet istifadəçilərinin auditoriyası 7 faiz (298 milyon istifadəçi) artaraq 4,54 milyard nəfər, sosial şəbəkələrdə qeydiyyatdan keçən istifadəçilərin sayı isə 3,8 milyard təşkil edib. Bundan başqa, mobil qurğu istifadəçilərinin ümumi sayı 5,19 milyard nəfərə çatıb. Hesabatda, həmçinin istifadəçilərin fərdi kompüter və mobil qurğulardan gündəlik istifadə vaxtı nəzərə alınıb.
Bu vaxtın dünya miqyasında orta göstəricisi 6 saat 43 dəqiqə təşkil etməklə ötən ilin nəticəsindən 3 dəqiqə azdır, lakin ildə bir istifadəçi üçün 100 gün çoxdur. Gündəlik yuxunun tövsiyə edilən vaxtının 8 saat təşkil etməsi nəzərə alınmaqla insanların oyaq qalmasının 40 faizi internetdə keçir.
İnternet asılılığı siyahısına Filippin istifadəçiləri başçılıq edir. Tədqiqata görə, onlar gündə 10 saat internetdə olurlar. İlk beşliyə, həmçinin gündə 9 saat onlayn olan Cənubi Afrika, Braziliya, Kolumbiya və Tailand istifadəçiləri daxildir. Maraqlıdır ki, Yaponiya reytinqdə sonuncu yeri tutub. Bu ölkənin internet istifadəçiləri gündə 4 saat 22 dəqiqə virtual məkanda olurlar.
Statistikaya görə, hazırda dünya əhalisinin ümumi sayının 40 faizi internetdən istifadə etmir – 3,2 milyard insan internetə çıxış imkanından məhrumdur. Bu göstərici Cənubi Asiyada 1 milyard (ümumi sayın 31 faizi) təşkil edir. Afrika ölkələrinin payı isə 27 faizə bərabərdir.
Nizam Nuriyev
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet