12px13px15px17px
Tarix:13/02/20

Alimlər məhdud fəaliyyət qabiliyyətli insanlara kömək məqsədilə ucuz cihazlar hazırlayıblar

Alimlər məhdud fəaliyyət qabiliyyətli insanların ünsiyyət saxlamasına kömək edən qurğular təqdim ediblər. Merilend Universitetinin mühəndisləri tərəfindən hazırlanmış "TalkBox" və "SenseBox" qurğuları məhdud fəaliyyət qabiliyyətli insanların başqa insanlar və xarici aləmlə qarşılıqlı əlaqəsini asanlaşdırmaq üçün nəzərdə tutulub. Tədqiqat universitetin saytında dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, məhdud fəaliyyət qabiliyyətli insanların əksəriyyəti onların xarici aləmlə qarşılıqlı əlaqəsini asanlaşdırmaq üçün nəzərdə tutulmuş xüsusi cihazlardan istifadə etmək imkanına malik deyillər. Bununla belə, hər il kompüterlər daha əlçatan olur, bu da məhdud fəaliyyət qabiliyyətli insanlar üçün belə köməkçi texnologiyaların qiymətini daha ucuz edir.

 

"SenseBox" və "TalkBox" platformaları ucuz "Raspberry Pi" mikrokompüterləri, ucuz datçiklər və dinamiklərdən istifadə edirlər. "TalkBox" insanlara sistemdə saxlanılan səs fayllarını səsləndirmək üçün səthə bərkidilmiş şəkillərə toxunmaqla ünsiyyət saxlamağa imkan verir. İnsanın fərdi ehtiyaclarından asılı olaraq şəkil və səslər quraşdırılma zamanı tənzimlənə bilər.

 

Qurğular artıq Keniyada uğurla sınaqdan keçirilib. Gələcəkdə tədqiqatçılar qurğuları bazara çıxarmaq məqsədilə bu cihazların imkanlarını daha ətraflı araşdırmağı planlaşdırırlar.

 

Emil Hüseynov





Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024