Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb
Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən "ağıllı" sarğı hazırlayıblar. Sarğı simsiz qoşulma üzrə idarə olunan miniatür iynələrlə təchiz edilib. Dərmanların dozasını tənzimləmək mümkündür. Bu texnologiya xroniki və pis sağalan yaraları olan minlərlə insanın həyatını asanlaşdırmağa kömək edəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, miniatür iynələr minimal invazivliyə malikdir, buna görə dərmanın tətbiqi ağrıya səbəb olmur.
Qurğu diabet xəstəliyi olan siçanlar üzərində sınaqdan keçirilib. "Ağıllı" sarğı sayəsində siçanlarda yaraların tam sağalması müşahidə edilib.
"Bu, mürəkkəb yaraların sağalması üçün "ağıllı" daşınan qurğuların hazırlanması istiqamətində vacib addımdır" – hazırlamanın müəllifi Ali Tamayol deyib. Bundan başqa, alim əlavə edib ki, sarğını tez-tez dəyişdirməyə ehtiyac yoxdur.
Emil Hüseynov
Baxış sayı: 796
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet