12px13px15px17px
Tarix:18/02/20

Mühəndislər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Massaçusets Texnologiya Universitetinin alimləri havadan elektrik enerjisi əldə etmək üçün texnologiya hazırlayıblar. Metod havadakı rütubətdən elektrik enerjisi əldə etməyə imkan verən təbii zülal ilə əlaqəli reaksiyaya əsaslanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, mühəndis Szyun Yao və mikrobioloq Derek Lovli tərəfindən işlənib hazırlanmış qurğu “Air-gen” adlandırılıb.

 

Yeni texnoloji hazırlamanın müəlliflərinin sözlərinə görə, qurğu Sahara səhrası kimi son dərəcə aşağı rütubətli ərazilərdə də elektrik enerjisi əldə edə bilər. Tədqiqat işinə əsasən, “Air” qurğusu külək və günəş daxil olmaqla bərpa olunan enerjinin digər növləri ilə müqayisədə xeyli üstünlüklərə malikdir, çünki öz işində günəş işığı və ya külək tələb etmir.

 

Emil Hüseynov





Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Dekabr 2024

24 12 2024