12px13px15px17px
Tarix:19/02/20

Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ultra” aparatının displeyini qlobal smartfon bazarında ən yaxşı adlandırıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndəsi bildirib ki, “Samsung”un qabaqcıl smartfonunun displeyi parlaqlıq, kontrast və əksetmə qabiliyyəti daxil olmaqla 12 testdən keçirilib. “DisplayMate” şirkəti displeyi işıq dalğalarının uzunluğu və amplitudasını 41 etalon göstəricisi ilə müqayisə edən spektroradiometrin köməyilə sınaqdan keçirib. Mütəxəssislər “Galaxy S20 Ultra” aparatına ən yüksək qiymət veriblər.

 

“Galaxy S20 Ultra” qabaqcıl smartfonunun displeyinin diaqonalı 6,9 düymdür, “HDR ” dəstəkli “Dynamic AMOLED” matrisinə və 120 hers yeniləmə tezliyinə malikdir. Aparat “Exynos 990” prosessoru, 12 QB-dək əməli və 256 QB daxili yaddaş, 108, 48 və 12 meqapiksellik təsvir ölçüsünə malik kameralarla təchiz edilib.

 

Məlumat üçün bildirək ki, “Samsung Galaxy S20 Ultra” aparatı fevralın 11-də təqdim edilib.

 

Emil Hüseynov





Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024