2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq
Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz edilmiş ekran sayəsində smartfonların enerji ilə doldurulması avtomatik və istifadəçidən xəbərsiz baş verəcək. Avstraliyalı mühəndislər komandası kvant nöqtələrində günəş "dərisi" hazırlamaqda yeniliyə imza atıblar. Onlar günəş enerjisinin təsiri altında elektrik cərəyanının hasili üzrə faydalı iş əmsalını 25% artırmağa nail olublar. Bu rekord sözügedən texnologiyanın kommersiya tətbiqi istiqamətində mühüm addımdır.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, Kvinslend Universitetinin mühəndisləri kvant nöqtələrinin (kiçikölçülü süni kristallar) köməyi ilə günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üzrə dünya rekorduna imza atıblar. Bu nanozərrəciklər elastik təbəqələr şəklində çap edilərək mobil telefon və elektrik avtomobillərini enerji ilə doldurmaq üçün şəffaf süni dəri kimi istifadə edilə bilər.
Avstraliyalı mühəndislərin yeni həlli ənənəvi günəş elementləri ilə müqayisədə çəkisinin az olması, elastikliyi və zəif işıqlandırma şəraitində (buludlu hava və ya otaqda) işləmək kimi xüsusiyyətləri ilə fərqlənir.
Emil Hüseynov
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet