12px13px15px17px
Tarix:21/02/20

“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

"Apple" şirkəti istifadəçilərə "iPhone" və "iPad" qurğularında standart mobil proqramları dəyişməyə imkan yaradacaq. Bu barədə "Bloomberg" agentliyinin jurnalisti Mark Qurman məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, onun sözlərinə görə, hazırda şirkət istifadəçilərə standart proqram kimi avtomatik işləyən kənar əlavələrin seçilməsi üçün icazənin verilməsi variantını nəzərdən keçirir. Məsələn, dəyişikliklər istifadəçilər tərəfindən digər əlavələrlə əvəzlənə bilənəcək "Safari" brauzerinə və "Mail" elektron poçtuna şamil ediləcək. Jurnalist qeyd edib ki, şirkətin hazırkı siyasəti rəqabətə ziyan vurur və nəzarətedici orqanlarda narahatlıq doğurur.

 

Bildirilir ki, "Apple" qurğularında, həmçinin kənar musiqi servislərindən istifadə üçün məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunur.

 

"Bloomberg" ekspertlərinin ehtimalına görə, məhdudiyyətlərin aradan qaldırılması məhsulların, xüsusilə "HomePod" "ağıllı" kolonkasının satışına müsbət təsir edəcək.

 

Ən optimistik proqnoza görə, "iPhone" və "iPad" qurğularına quraşdırılmış əlavələrin statusunu dəyişmək imkanı nümayişi iyunda baş tutacaq "iOS 14" əməliyyat sistemində mümkün olacaq. Agentliyin hesablamasına görə, sonuncu aktual əməliyyat sisteminə quraşdırılan əlavələrin sayı 38 təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024