12px13px15px17px
Tarix:21/02/20

“Əşyaların interneti” üçün yeni çip 5000 dəfə daha az enerji sərf edir

Yeni ixtira sayəsində “Əşyaların interneti” qurğularına enerji doldurma blokları və ya böyük ölçülü akkumulyatorlar lazım olmayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, Kaliforniya Universitetində hazırlanmış çip cəmisi 28 mikrovatt enerji sərf edir ki, bu da standart “Wi-Fi” qoşulma ilə müqayisədə 5000 dəfə daha az göstəricidir. Buna baxmayaraq, yeni texnoloji hazırlama məlumatları 21 metr məsafəyədək 2 Mbit/s sürətlə ötürə bilir.

 

Alimlərin yeni hazırlaması San-Fransiskoda keçirilmiş beynəlxalq “ISSCC 2020” konfransında təqdim edilib.

 

Emil Hüseynov





Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024