12px13px15px17px
Tarix:24/02/20

“MasterCard” yeriş və ürək döyüntüsü ilə ödəniş etməyi təklif edir

“MasterCard” şirkəti yeriş, üz ifadələri və ürək döyüntüsünə görə şəxsiyyətin eyniləşdirilməsini tətbiq etməyi planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeriş üzrə eyniləşdirmə ən perspektivli hesab edilir. Nəqliyyat vasitələrində quraşdırılmış xüsusi datçiklərin insanı identifikasiya edərək onun hesabından ödəniş çıxaracağı güman edilir.

 

Bundan başqa, insanın dərisinin səthinə yaxın yerləşmiş unikal qan damarlarının təsvirlərinə görə tanınması imkanı nəzərdən keçirilir. Digər bir texnologiya, həmçinin unikal xüsusiyyətlərə malik olan ürək döyüntüsünün ritmini təsvir edir.

 

Emil Hüseynov





Baxış sayı: 920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024