12px13px15px17px
Tarix:29/11/11

BDU Çexiya ilə nanotexnologiyalar sahəsində əməkdaşlıq edəcək

Bakı Dövlət Universitetinin(BDU) rektoru Abel Məhərrəmov Çexiyanın Kimya Texnologiyası İnstitutunun Tədqiqat və İnkişaf üzrə prorektoru Milan Pospişıli, Biokimya və Mikrobiologiya kafedrasının müdiri professor Katerjina Demnerovanı və Beynəlxalq əlaqələr departamentinin müdiri Dr.

 

Hana Opatovanı qəbul edib. Universitetin mətbuat və informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, BDU haqqında qonaqlara məlumat verən rektor əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. M.Pospişıli səfərlərinin məqsədinin Azərbaycanda ali təhsilin səviyyəsini öyrənmək olduğunu deyib.

 

Qonaq həmçinin təmsil etdiyi institutun BDU ilə neft və nanotexnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini də bildirib.

 

Görüş zamanı tərəflər əməkdaşlığı daha da səmərəli etmək üçün tədqiqatçı, tələbə və müəllimlərin mübadiləsini, eləcə də birgə layihə və proqramlarda iştirakı nəzərdə tutan memorandumun hazırlanması barədə razılığa gəliblər. Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasında və digər elmi mərkəzlərində olublar.





Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024