12px13px15px17px
Tarix:25/02/20

Avropa Komissiyasının əməkdaşları “Signal” messencerindən istifadəyə başlayıblar

Avropa Komissiyasının əməkdaşlarına işgüzar yazışmaları yalnız "Signal" messencerində aparmaq tövsiyə edilib. Qurumun rəhbərləri bu tədbirin onların kommunikasiya təhlükəsizliyini artıracağına əmindirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech.fm" saytına istinadən yazır ki, Avropa Komissiyası öz əməkdaşlarından digər messencerlərdən imtina edərək "Signal" proqramından istifadə etməyi tələb edib.

 

"Sözügedən messencer "WhatsApp" və "iMessage"ə oxşardır, amma çox innovativ şifrləmə protokoluna malikdir – Lyoven Universitetinin kriptoqrafiya mütəxəssisi Bart Priniel deyib.

 

"Politico" nəşrinin müəllifləri əmindirlər ki, bu dəyişikliklər Avropa Komissiyasının diplomatlarının və rəsmi şəxslərinin işinə təsir etmiş səs-küy yaratmış hadisələrlə bağlıdır.

 

"Signal" messenceri 2013-cü ildə şəxsi həyatın toxunulmazlığı hərəkatının aktivistləri tərəfindən hazırlanıb.

 

Emil Hüseynov





Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024