Aİ-nin yeni qanun layihəsi smartfonların akkumulyatorunu əvəzləməyi sadələşdirəcək
Avropa Parlamenti istehsalçıları smartfon akkumulyatorlarının əvəzlənilməsini sadələşdirməyə məcbur edəcək bir sıra qanun layihələri hazırlayır.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hazırda Avropa İttifaqı tərəfindən müzakirə edilən təklifin əsasını akkumulyator enerjisi tükəndiyi halda onun müstəqil şəkildə dəyişdirilməsinin istifadəçilərə smartfonları daha gec əvəzləməyə imkan verməsi ilə bağlı ideya təşkil edir. Öz növbəsində bu, elektron tullantıların miqdarının azalmasına səbəb olacaq. Sənəd barədə ətraflı məlumatın martda “Avropa yaşıl sazişi”nin vitse-prezidenti Frans Timmermans tərəfindən açıqlanacağı gözlənilir.
İnsayderlərin məlumatına görə, qanun layihəsi artıq sonuncu redaktə mərhələsindədir. Smartfon istehsalçıları üçün yeni tələblər yanvarın sonunda təsdiq edilmiş enerji doldurulması portunun unifikasiyası və “USB Type-C” çıxışından istifadə qaydalarını tamamlayacaq. Bu tədbirlər siyasətçilər tərəfindən elektron tullantıların miqdarının azaldılması məqsədilə həyata keçirilir və istehsalçılara şamil ediləcək.
Bundan başqa, Avropa İttifaqı ərazisində satılmayan qurğuların kütləvi məhvinin qadağan edilməsi və onlardan ikinci dərəcəli xammal kimi istifadə təklif olunub. Həmçinin Aİ-də köhnə mobil telefon, planşet və enerji doldurma qurğularının toplanılması sistemi hazırlanır, eləcə də plastik qablaşdırmadan istifadənin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülür.
Nizam Nuriyev
Baxış sayı: 535
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet