12px13px15px17px
Tarix:27/02/20

“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, tutumu artırılmış yeni modullar beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən və genişləndirilmiş süni intellekt imkanlarına, o cümlədən mürəkkəb qrafikalı oyunlar və fotoşəkillərin emalı üçün həllərə malik smartfonlar üçün nəzərdə tutulub.

 

Məlumata görə, 16 giqabaytlıq modullar 5500 Mbit/saniyə sürətində məlumat ötürülməsini dəstəkləyir. Bu, enerji sərfiyyatı 20 faiz azaldılan əvvəlki nəsil yaddaşdan təxminən 1,3 dəfə sürətlidir. 16 giqabaytlıq “LPDDR5” “DRAM” modulu 12 giqabitlik və 8 giqabitlik 8 çipdən ibarətdir.

 

Hazırda “Samsung” Phyenthek zavodunda “LPDDR5” “DRAM” yaddaşının istehsalını genişləndirir. İlin ikinci yarısında şirkət 6400 Mbit/saniyə sürətində məlumat ötürmə qabiliyyətinə malik üçüncü nəsil 10 nanometrlik texnologiya (1z) üzrə hazırlanan 16 giqabaytlıq modulların kütləvi istehsalına başlamağı planlaşdırır. “Samsung” bu innovasiyaların ona premium səviyyəli mobil qurğular, yüksək məhsuldarlıqlı fərdi kompüterlər və avtomobil nəqliyyatı üçün həllər bazarında mövqeləri möhkəmləndirməyə kömək edəcəyini proqnozlaşdırır.

 

Nizam Nuriyev





Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024