“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb
“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan ediblər. “OnePlus 7T Pro” cihazı ən yaxşı smartfon adına layiq görülüb. Bu haqda “MWC”nin saytında məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, "bu qurğu texnologiya nöqteyi-nəzərindən misilsizdir: ən yüksək prosessor sürəti, sürətli enerji doldurma və əla proqram təminatı. Əlçatan qiymətə malik universal məhsul" – münsiflər heyətinin bəyanatında deyilir.
“OnePlus 7T Pro” aparatı “Snapdragon 855 ” prosessoru, 8 QB əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilib. 3120x1440 piksel təsvir ölçülü və 90 Hs tezlikli 6,67 düymlük ekrana malikdir. 30 vattlıq sürətli enerji doldurma texnologiyasını dəstəkləyən 4085 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. Smartfon “Oxygen OS” interfeysli “Android 10” versiyasının idarəetməsi altında işləyir.
Smartfon 48 meqapiksellik (mp) əsas sensor, 8 mp-lik teleobyektiv və 16 mp-lik genişbucaqlı olmaqla 3 qat kameraya malikdir. 16 mp-lik ön kamera irəli-geri çəkilən mexanizmdə gizlədilib.
Emil Hüseynov
Baxış sayı: 945
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet