“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib
Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiyanın mühafizəsi üçün aparat şifrləməsinə malikdir. “Samsung” şirkəti tərəfindən təqdim edilmiş “S3K250AF” çipi və optimallaşdırılmış proqram təminatı təcrid edilmiş anbarda fərdi məlumatların təhlükəsizliyini təmin edir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Cənubi Koreyanın elektronika nəhəngi mobil qurğular üçün “Common Criteria Evaluation Assurance Level 5 ” standartı üzrə sertifikatlaşdırılmış “Secure Element” (SE) həllini təqdim edib.
Çipdə PIN kod, parol, barmaq izləri, sifətin skan edilməsi, qeydiyyat məlumatları və bir çox başqa məlumatlar etibarlı şəkildə saxlanılır. Bu informasiya bilavasitə SE-nin yaddaşına yazılır və smartfonun əməliyyat sisteminin belə ona giriş imkanı yoxdur. Buna görə qurğunun əməliyyat sistemi hansısa zərərverici proqram təminatı tərəfindən yoluxdurulduqda belə fırıldaqçıların fərdi məlumatlara giriş imkanı olmayacaq. Çip ödəmə terminalları ilə birbaşa əlaqə saxlayır, həmçinin lazer, elektrik kəsilməsi və əks sosial mühəndislik hücumlarına qarşı qoruma təklif edir. Bundan başqa, “Secure Element” uğursuz cəhdləri idarə etməyə və təkrar hücumların qarşısını almağa imkan verir.
Emil Hüseynov
Baxış sayı: 808
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet