“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub
“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-IF) təşkilatı “Samsung Galaxy S20” qurğusunu “USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon elan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sertifikatın alınması smartfonun müxtəlif istehsalçıların əksər enerji doldurma qurğuları ilə uyğunluq təşkil edəcəyi deməkdir. Bundan başqa, “Samsung Galaxy S20” modeli “Fast Charger” standartına uyğun enerji qurğularını dəstəkləyəcək. Təşkilat nümayəndələrinin sözlərinə görə, sertifikatlaşdırma proseduru istifadəçilərə müxtəlif brendlərə məxsus enerji blokundan birgə istifadəyə və sürətli enerji doldurma texnologiyasını dəstəkləyən qurğuların enerji ilə doldurulması zamanı güc itkilərini azaltmağa imkan verəcək.
“USB Fast Charger” sertifikatının əldə edilməsi üçün smartfon istehsalçısının yerinə yetirməli olduğu şərtlər arasında “USB Power Delivery 3.0” spesifikasiyası çərçivəsində proqramlaşdırılan enerji mənbəyi (PPS) funksiyasının dəstəklənməsi qeyd olunur. Ondan istifadə təkcə smartfonları enerji ilə tez doldurmağa deyil, eyni zamanda enerji bloku və qurğunun qızmasını daha yaxşı idarə etməyə imkan verir.
Xatırladaq ki, “Galaxy S20” və “S20 Plus” smartfonları 25 vatt gücündə sürətli enerji doldurma texnologiyası ilə təchiz edilib, “Galaxy S20 Ultra” modeli isə 45 vatt gücündə enerji blokunu dəstəkləyir.
Nizam Nuriyev
Baxış sayı: 563
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet