12px13px15px17px
Tarix:29/02/20

Altı nanometrlik ilk “5G” prosessor təqdim edilib

Çinin "UNISOC" prosessor istehsalçısı "Tiger T7520" smartfonları üçün 6 nanometrlik texnoloji proses üzrə hazırlanan yeni platforma təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Tiger T7520" prosessoru 8 hesablayıcı nüvəyə malikdir: 4 ədəd "Cortex-A76" və 4 ədəd "Cortex-A55". Lakin onların tezliyi barədə məlumat verilmir. Qrafikaya görə "Mali-G57" çipi məsuliyyət daşıyır. Mütəxəssislərin sözlərinə görə, 7 nanometrlik texnoloji prosesdən keçid tranzistorların yerləşmə sıxlığını 18 faiz artırmağa imkan verəcək ki, bu da enerji sərfiyyatını 8 faiz azaldacaq.

 

Quraşdırılmış "5G" modem iki (NSA/SA) beşinci nəsil mobil rabitə standartını dəstəkləyir, eləcə də "2G", "3G" və "4G" şəbəkələri ilə uyğunluq təşkil edir. "SA" tipli şəbəkələrdən istifadə zamanı maksimal yükləmə sürəti 3,25 Qbit/saniyəyə bərabərdir. Həmçinin eyni anda iki "5G SİM" kartın işləməsi nəzərdə tutulub.

 

"Tiger T7520" qurğusuna süni intellektdən istifadə ilə əlaqədar tapşırıqların daha məhsuldar emalı üçün yeni nəsil neyron prosessor quraşdırılıb. "UNISOC" nümayəndələrinin sözlərinə görə, o, əvvəlki modellə müqayisədə 50 faiz sürətlidir. Bundan əlavə, çip 120 QHs yenilənmə tezlikli, "4К" və "HDR10 " təsvir ölçülü ekranları, eləcə də maksimal 100 meqapikselli kameraları dəstəkləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 1979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024