12px13px15px17px
Tarix:29/02/20

“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

"Google" şirkəti 2020-ci ildə ABŞ-da yeni ofis və data mərkəzlərinin tikintisinə 10 milyard dollar sərf edəcək. Bu barədə şirkətin baş direktoru Sundar Piçai bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, onun sözlərinə görə, planlaşdırılmış investisiyalar 11 ştata, o cümlədən Kaliforniya, Kolorado, Corciya, Massaçusets, Nebraska, Nyu-York, Oklahoma, Ohayo, Pensilvaniya, Texas və Vaşinqtona yatırılacaq.

 

Bildirilir ki, "Google" ştatlarda mövcud olan obyektləri genişləndirməyi, eləcə də yenilərinin inşasını planlaşdırır. Baş direktorun qeyd etdiyi layihələrdən biri hazırda Ohayoda tikintisi aparılan 600 milyon dəyərində "bulud" data mərkəzidir. Onun 2021-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

 

Ofisə gəldikdə, "Google" Nyu-Yorkda 1 milyard dolların sərf ediləcəyi korporativ kampus açacaq. Ofis sayəsində şirkət Nyu-Yorkda işçi heyətinin sayını iki dəfə artırmaq imkanı əldə edəcək.

 

ABŞ ilə yanaşı, şirkət Avropada fəaliyyətini genişləndirir. Belə ki, Avropada məlumat emalı mərkəzləri şəbəkəsinin genişləndirilməsinə 3 milyard avro məbləğində investisiya qoyuluşu nəzərdə tutulur. Məsələn, Finlandiyanın Hamina şəhərində yeni data mərkəzə 600 milyon dolların yatırılması planlaşdırılır. Şirkətin Avropa data mərkəzləri Finlandiya ilə yanaşı, Niderland, İrlandiya və Belçikada yerləşir.

 

Nizam Nuriyev





Baxış sayı: 1167

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024