12px13px15px17px
Tarix:02/03/20

Vatikan süni intellekti tənzimləməyə çağırıb

Vatikan süni intellektin etik inkişafı üzrə qaydaların hazırlanmasında “Microsoft” və “IBM” şirkətləri ilə səylərini birləşdirərək sifətin tanınması kimi texnologiyaları tənzimləməyə çağırıb. Sənəd Papa Həyatın Mühafizəsi Akademiyası tərəfindən təşkil edilən süni intellekt üzrə konfrans çərçivəsində təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, sənədə görə, süni intellekt insanın şəxsi həyatına hörmət etməli və etibarlı və qərəzsiz işləməlidir.

 

Papa Fransisk tərəfindən konfransa ünvanlanan məktubda süni intellekt texnologiyalarının nəzarətsiz yayılması ilə bağlı narahatlıq ifadə edilib. Konfransda onun adından oxunan nitqdə sifətin tanınması texnologiyalarından mümkün sui-istifadə hallarına, eləcə də insanların razılığı olmadan kommersiya və siyasi məqsədlər üçün məlumatların götürülməsi sistemlərinə xüsusi diqqət yetirilib.

 

Pontifik qeyd edib ki, seçilmiş vahidlərin bizim haqqımızda hər şeyi bildiyi mövcud asimmetriya azadlıq barədə kritik düşüncə və anlayışı zəiflədir. Onun fikrincə, məlumatlılıq və var-dövlət dar çevrələrdə cəmləşən zaman demokratik cəmiyyət üçün ciddi risklər yarada bilər.

 

Vatikan rəhbəri bəyan edib ki, şəffaflığa kömək və etik prinsiplərə riayət məqsədilə yeni tənzimləmə formaları, xüsusilə insan hüquqlarına daha çox təsir riskinə malik qabaqcıl texnologiyalar təşviq edilməlidir.

 

Digər texnoloji şirkətlərin sənədi imzalayacağı və ya onu imzalayan şirkətlərin bu prinsipləri necə tətbiq edəcəyi hələ ki məlum deyil. Konfransda iştirak edən “IBM” və “Microsoft” nümayəndələri süni intellekt texnologiyasından mümkün qeyri-etik istifadə ilə bağlı təhlükə törədən layihələrdən imtina edildiyini bildiriblər.

 

Nizam Nuriyev





Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024