12px13px15px17px
Tarix:05/03/20

“Xiaomi” daxili qızdırıcıya malik “ağıllı” lampa təqdim edib

“Xiaomi” şirkəti özündə eyni anda iki cihazın xüsusiyyətlərini birləşdirən qurğularının çeşidini genişləndirib. Şirkət “ağıllı” tavan lampasına güclü qızdırıcı quraşdırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “ağıllı” lampa açıq spiralla təchiz edilmiş ənənəvi modellərlə müqayisədə havanı qurutmayan infraqırmızı qızdırıcı elementlə təchiz edilib. İstehsalçının məlumatına görə, yeni qızdırıcı işə salındıqdan 3 saniyə sonra istilik yaymağa başlayır. Cihazın korpusu təxminən 400 °C temperaturda öz formasını dəyişməyən istiliyə davamlı plastikdən işlənib hazırlanıb. Yeni cihazı mobil proqram və ya “XiaoAI” səs köməkçisinin köməyi ilə idarə etmək mümkündür.

 

Yeni qurğu iki modifikasiyada əlçatandır. Kvadrat korpusda hazırlanmış versiyanın ölçüsü 60 x 60 x 12 sm təşkil edir, işıq diodu panelinin gücü 80 vatt, qızdırıcı elementdə isə 1000 vattdır. Düzbucaqlı model (ölçüsü 90 x 60 x 12 sm) 120 və 1300 vattlıq işıq diodu massivi ilə təchiz edilib.

 

Emil Hüseynov





Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024