Erkən doğuş riskini müəyyənləşdirən mobil proqram hazırlanıb
London Kral Kollecinin alimləri erkən doğuş riskini müəyyənləşdirən “QUiPP v2” adlı mobil əlavə yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, smartfonlar üçün “QUiPP v2” proqramı çoxlu insan həyatı xilas edə bilər. Belə ki, hazırlanan proqram həkimlərə 0-100 şkalası üzrə erkən doğuş ehtimalını tez hesablamağa imkan verir. Bu qiymətləndirmə bu və ya digər qadının bir sıra simptom, abort və ya uşaq salma tarixçəsi və digər biomarkerlərinə əsaslanır. Bu barədə əldə edilən informasiya yüksək riskli gələcək anaların xəstəxananı vaxtında tərk etməsinə zəmanət verir. Bundan başqa, proqram müsbət göstəricilər sayəsində qadını sakitləşdirir.
Hamiləliyin 37-ci həftəsində anadan olan uşaqlar əksər hallarda ölür və ya fiziki və emosional problemli olurlar. Bu vəziyyətdə digər risklər körpədə beyin hipoksiyasının (oksigen çatışmazlığı) mümkün yüksəlməsidir. Oksigen çatışmazlığı yeni doğulmuş körpədə hərəkət koordinasiyasının və əzələ funksionallığının pozulmasına səbəb ola bilər. “QUiPP v2” proqramında alqoritmlər daim yenilənir ki, bu da gələcəkdə hamiləliyin gedişi barədə maksimum dəqiq informasiya təqdim etməyə imkan verəcək.
Nizam Nuriyev
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet