12px13px15px17px
Tarix:10/03/20

75 düymlük “Xiaomi Mi TV 5” televizorları satışa çıxarılıb

“Xiaomi” şirkəti ötən ilin noyabrında 55, 65 və 75 düym diaqonallı “Mi TV 5” və “Mi TV 5 Pro” seriyalı smart televizorlar nümayiş etdirib. 55, 65 düymlük modellər bir müddət əvvəl satışa çıxarılsa da, onların ən böyük ölçülərə malik olanları alıcılara indi təqdim olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 75 düymlük “Quantum Dot QLED” kvant pikselli ekranlarla təchiz edilən “Mi TV 5 Pro” televizoru “HDR10 ” genişləndirilmiş dinamik diapazonu, “8K” formatlı videomaterialların emalını dəstəkləyir.

 

Yeni modellər 12 nanometrlik “Amlogic T972” prosessoru, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, “Wi-Fi” simsiz adapteri və s. ilə təchiz olunub.

 

75 düymlük “Mi TV 5” televizorunda isə kvant piksellər texnologiyasından istifadə edilməyib. Operativ yaddaş tutumu 3 giqabayt, quraşdırılmış yaddaş isə 32 giqabayt təşkil edir.

 

Hər iki modifikasiya “4К” (3840 × 2160 piksel) təsvir ölçüsünü dəstəkləyir. İstifadəçilər “Xiao AI” intellektual səsli yardımçı funksiyadan da yararlana bilərlər.

 

Martın 9-dan satışa çıxarılan 75 düymlük “Mi TV 5 Pro” modelinin qiyməti 1440 dollar, “Mi TV 5” versiyasının 1150 dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024