12px13px15px17px
Tarix:10/03/20

Müdaxilə edilmiş hesabların 99,9%-i ikimərhələli autentifikasiya həllinə malik olmayıb

"Microsoft"un mühəndisləri bildiriblər ki, müdaxilə olunmuş hesabların 99.9%-i ikimərhələli autentifikasiya həllinə malik olmayıb. Onların fikrincə, bu həll hesablara edilən avtomatlaşdırılmış hücumların əksəriyyətinin qarşısını alır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Microsoft"un məlumatına görə, onlar gündə sistemə 30 milyarddan çox giriş hadisəsini izləyirlər. Şirkətin nümayəndəsi bildirib ki, bütün hesabların təxminən 0,5%-i hər ay müdaxiləyə məruz qalır.

 

Hesabların yalnız 11%-i ikimərhələli autentifikasiya həllinə malikdir.

 

Əksər hallarda hesaba müdaxilə kifayət qədər sadə hücumlardan sonra baş verir.

 

Daha bir problem parolların təkrarı ilə bağlıdır. "Məlumatımıza görə, istifadəçilərin 60%-i parolları təkrarən istifadə edirlər. Bu, çox geniş yayılıb – "Microsoft"un identifikasiya və təhlükəsizlik üzrə arxitektoru Uoker deyib".

 

Emil Hüseynov





Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024