12px13px15px17px
Tarix:11/03/20

“8K” televizorlar bazarının həcmi 5 dəfə artacaq

2020-ci ildə “8K” televizorların qlobal tədarük həcmi 2019-cu illə müqayisədə (430 min) 2 milyon təşkil edəcək. Artım belə avadanlığın istehsalına çəkilən xərclərin optimallaşdırılması, “5G” şəbəkələrinin işə salınması və ultra yüksək dəqiqlikli televizorların tanıdılması üzrə istehsalçıların səyləri ilə izah edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hazırda aşağıdakı brendlərin çeşidində “8K” televizorları var: “Samsung”, “TCL”, “Sharp”, “LG” və “Sony”. Bu yaxınlarda Tayvanın “AU Optronics” (AUO) və “Innolux” şirkətləri də bu cür displeylərin istehsalına başlayıb.

 

Bundan əvvəl “8K Association” beynəlxalq qeyri-kommersiya təşkilatına daxil olan “Samsung Electronics” və 15 aparıcı elektronika istehsalçısı “8K” televizorların cavab verməli olduğu standart və texniki spesifikasiyaları müəyyənləşdiriblər.

 

“8K” TV kateqoriyasına təsvir ölçüsü 7680x4320 piksel olan, saniyədə 24, 30 və 60 kadr tezliyinə malik və maksimal parlaqlığı 600 nitdən çox olan displeylə təchiz edilmiş televizorlar aid ediləcək. Bundan başqa, televizorda “HDMI 2.1” videoçıxışı və “HEVC” kodek dəstəyi nəzərdə tutulmalıdır.

 

Emil Hüseynov





Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024