12px13px15px17px
Tarix:12/03/20

Analitiklər İT bazarının proqnozunu aşağı salıblar

Koronavirus epidemiyası birinci rübdə İT avadanlıqlarının satın alınmasına xərclərin xeyli azalmasına və səhiyyə sahəsində böhran isə 2020-ci ildə korporativ İT xərclərə mənfi təsir göstərməyə davam edə bilər. “International Data Corporation” (IDC) analitikləri belə proqnoz səsləndiriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onların proqnozuna görə, ən pessimistik senariyə əsasən, 2020-ci ildə İT bazarının həcmi 1,3% arta bilər, halbuki ilin əvvəlində bu göstərici 4,3% səviyyəsində gözlənilirdi. Yaxın həftələr ərzində proqnozun daha da pisləşməsi ehtimalı ola bilər, tədqiqatçılar xəbərdarlıq edir.

 

“IDC” analitiklərinin fikrincə, koronavirus yalnız dünya iqtisadiyyatına zərər deyil, həm də İKT sahəsinin inkişafına müsbət təsir göstərə bilər və informasiya-kommunikasiya texnologiyalarının tərtibatçıları üçün yeni biznes imkanları yaradır.

 

Məsələn, virus epidemiyası hökumətləri “ağıllı” və ən müasir texnologiyalara tərəf istiqamətlənərək öz fəaliyyətini yeniləməyə məcbur edir. Bu, rəqəmli platformaların inkişafı və “Big Data” həlləri üçün imkanlar yaradır.

 

Emil Hüseynov





Baxış sayı: 734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024