12px13px15px17px
Tarix:13/03/20

Bu il ən çox saxtalaşdırılan smartfon açıqlanıb

“Master Lu” bençmarkında (müqayisə bazası) sınaqdan keçirilən saxta qurğuların yenilənmiş reytinqi dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 2020-ci ilin martına olan vəziyyətə görə, yeni “antireytinq” lideri ötən il ikinci yeri tutan “Apple iPhone 8” smartfonu olub. Siyahının ikinci pilləsində “Samsung Galaxy W2018” modeli qərarlaşıb. Liderlər üçlüyünü “Galaxy W2019” smartfonu tamamlayıb. Beşliyə, həmçinin saxta “Apple iPhone XS Max” və “Samsung Galaxy S10 ” daxildir. İlk onluğun sonuncu mövqelərində “HONOR 9”, “Samsung Galaxy S8 ”, “OnePlus 7 Pro”, “Xiaomi Mi6” və “Samsung Galaxy S8” yer alıb.

 

Faiz nisbətində “Apple” qurğuları müqayisəli bazada bütün qeydə alınanların 29,54 faizini təşkil edib. Bu göstərici üzrə “Samsung” şirkətinin payı 26,44 faiz, “Xiaomi” və “HONOR” istehsalçılarının isə müvafiq olaraq 9,83 və 6,10 faizə bərabər olub. Həmçinin bençmark yaradıcıları tərəfindən məşhur modellərin saxtalarının texniki göstəricilərini əks etdirən müqayisəli siyahısı tərtib edilib: 720p təsvir ölçülü ekran, “MediaTek MT6589” prosessoru və “Mali-400 MP” qrafikası. Populyar qurğuların saxtalarına ən çox tələbat Çinin Şençjen, Quançjou və Pekin şəhərlərinin sakinləri arasındadır.

 

Nizam Nuriyev





Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024