12px13px15px17px
Tarix:16/03/20

Üç ön kameralı “Huawei” smartfonu buraxılacaq

“Huawei” şirkəti üç ön kameraya malik smartfon buraxacaq. Bu barədə məşhur şəbəkə informatoru Mukul Şarmanın “Twitter” səhifəsində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun hesabında “P40” seriyalı yeni qurğunun təsvirləri dərc edilib. Orada üç kameralı “Huawei” smartfonunun sxematik şəkli təsvir olunub. Ön kameralar bilavasitə smartfon matrisasına quraşdırılıb və ekranın sol yuxarı güncündə yerləşib.

Təsvirə görə, smartfonlar seriyasına “Huawei P40” və “P40 Pro” qurğuları daxil olacaq. Lakin məlumatda hər iki qurğunun və ya onlardan birinin üç kameraya malik olacağı dəqiqləşdirilimir. “Huawei P40” seriyalı qurğuların təqdimatı martın 26-a planlaşdırılır.  

“GSMArena” mənbələrinin məlumatına görə, növbəti qabaqcıl “Huawei” smartfonları “OLED” ekran, “5G” dəstəkli “Kirin 990” prosessor və üç kamera ilə təchiz ediləcək. Seriyanın böyük modeli – “P40 Pro” 52, 40 və 8 meqapiksel təsvir ölçülü sensorlara malik əsas kamera ilə buraxılacaq.

Koronavirusun yayılmasına görə yeni seriyanın təqdimatı təhlükəsizlik baxımından onlayn rejimdə keçiriləcək. Jurnalistlərin fikrincə, “P40” seriyalı qurğulara da “Google Play” əlavələr mağazasını və “Google” servislərini əvəzləyəcək “AppGallery” mağazası və “Huawei” əlavəsi əvvəlcədən quraşdırılaraq buraxılacaq.  

Nizam Nuriyev





Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024