12px13px15px17px
Tarix:16/03/20

“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2” smartfonu elan edilib

“Nokia” şirkətinin Londonda keçiriləcək təqdimatında yalnız qabaqcıl modellər deyil, həm də daha ucuz smartfon nümayiş etdiriləcək. Sözügedən tədbirin keçirilməsindən əvvəl artıq “Nokia C2 4G” modelinin bütün xüsusiyyətləri məlum olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Android 9 Pie” (“Go Edition”) sisteminin idarəetməsi altında işləyən smartfon HD+ təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS displey, 1,4 QHs takt tezliyində işləyən dördnüvəli “UNISOC” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla (“microSD” yaddaş kartı vasitəsilə daxili yaddaşın tutumunu 64 QB-dək artırmaq mümkündür) təchiz ediləcək.
 
Smartfon 5 meqapiksellik (mp) əsas kamera (f/2.2) və eyni təsvir ölçüsünə malik ön kameraya malikdir. “Nokia C2” cihazı 2800 milliamper/saat tutumunda çıxarılıb-taxılan akkumulyator, 3,5 mm-lik audio konnektor və “Google Assistant” səs köməkçisinin işə salınması üçün xüsusi düymə ilə təchiz ediləcək.
 
“Nokia C2” smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:
  • Ekran: IPS, 5,7 düym, 18:9
  • Prosessor: dördnüvəli “UNISOC” (1,4 QHs)
  • Əməli yaddaş: 1 QB
  • Daxili yaddaş: 16 QB (“microSD” yaddaş kartı vasitəsilə 64 QB-dək artırıla bilər)
  • Akkumulyator: 2800 milliamper/saat
  • Əsas kamera: 5 mp (f/2.2)
  • Ön kamera: 5 mp
  • Əməliyyat sistemi: “Android 9 Pie Go Edition”
  • Əlaqə: “4G VoLTE”, “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.2”, “GPS”
  • Konnektorlar: micro USB, 3,5 mm
  • Əlavə olaraq: FM radio, “Google Assistant” düyməsi
  • Ölçü: 154,8 x 75,59 x 8,85 mm
  • Çəki: 161 qram
Emil Hüseynov





Baxış sayı: 1055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024