“Azərpoçt” MMC beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti olaraq dayandırır
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb.
Bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.
Bunlar nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır.
Qeyd edək ki, beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.
Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet