12px13px15px17px
Tarix:17/03/20

“iPhone 12” smartfonunun gücü açıqlanıb

“iPhone 12” smartfonunun məhsuldarlığı ilk dəfə test edilib. Yeni çip populyar bençmarkda (müqayisə bazası) qeyd edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “GeekBench 4” testində sadalanan prosessor “A14” adlanacaq. Sınaqların nəticələrinə görə, o, 3,1 giqahers takt tezliyində işləyəcək ki, bu da hazırkı “А13” prosessorundan 400 meqahers çoxdur. Jurnalistlərin qənaətinə görə, “А14” smartfonlar bazarında ən güclü çip olacaq və 3 giqahers tezlik səviyyəsini ilk dəfə üstələyəcək.

 

Prosessor birnüvəli testdə 1658 bal, çoxnüvəlidə isə 4612 bal toplayıb. Yeni çip məhsuldarlığa görə “А13” prosessorunu birnüvəli və çoxnüvəli testlərdə müvafiq olaraq 25 və 33 faiz üstələyir. Bundan başqa, “А14” bazarın ən qabaqcıl prosessorlarından olan və qabaqcıl “Android” smartfonlarında istifadə edilən “Qualcomm Snapdragon 865”dən daha güclüdür.

 

İnsayderlərin bir müddət əvvəl verdiyi məlumata görə, “iPhone 12” modelinin fərqləndirici cəhəti üçölçülü kamera olacaq. “3D” sensor fotoşəkil çəkilişinin keyfiyyətini artıracaq və smartfona əlavə reallıqla əlaqədar yeni funksiyalar əlavə edəcək. Məsələn, istifadəçilər həcmli kontent yaradaraq onu sosial şəbəkələrə yükləyə biləcəklər.

 

Nümayişi payıza planlaşdırılan “iPhone” üçölçülü kamera ilə yanaşı, yüksəksürətli “Wi-Fi” dəstəyinə malik olacaq. “IEEE 802.11ay” adlanan yeni standart 60 giqahers takt tezliyində işləyir və məlumatları saniyədə 40 giqabayt sürətlə 500 metr məsafəyədək ötürməyə imkan verir. Yeni texnologiyanın “Apple” qurğuları arasında informasiyanın ötürülməsi üçün istifadə ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024