12px13px15px17px
Tarix:18/03/20

Kredit kartı ölçüsündə kompüter elan edilib

“Raspberry Pi” mikrokompüterləri yığcam ölçüsünə görə populyardır. Masaüstü kompüterlərdən fərqli olaraq onlar az yer tutur və eyni zamanda, bir çox gündəlik məsələlərin öhdəsindən gəlir. Tayvanın “DFI” şirkəti, həmçinin öz yığcam kompüterini təqdim edib: “DFI GHF51” adlı mikrokompüter “AMD Ryzen” prosessoru ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 84x55 mm ölçüsündə olan model ikinüvəli “AMD Ryzen Embedded R1000” prosessoru ilə təchiz edilib. Konfiqurasiyadan asılı olaraq, kompüter 2, 4 və ya 8 QB-lıq DDR4 (3200 MHs) əməli yaddaş və 16, 32 və ya 64 QB eMMC daşıyıcı ilə təchiz ediləcək.

 

“DFI GHF51” mikrokompüteri 12 voltluq adapter vasitəsilə enerji toplayır. Miniatür kompüter USB 3.1 Gen 2 Type-C, iki ədəd micro-HDMI 1.4 və qiqabitlik Ethernet konnektorları ilə təchiz edilib.

 

İstehsalçı bildirib ki, “GHF51” kompüteri “Windows 10 IoT Enterprise” sisteminin 64 bitlik versiyasını və “Linux” əməliyyat sisteminin müxtəlif distribütivlərini dəstəkləyir.

 

Mikrokompüterin satış tarixi və qiyməti sonra elan ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 916

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024