12px13px15px17px
Tarix:19/03/20

“WhatsApp” koronavirus haqqında dezinformasiya ilə mübarizədə kömək edəcək

Koronavirus pandemiyası ilə əlaqədar sosial şəbəkə və messencerlərdə təhlükəli xəstəlik haqqında mesajlar çox paylaşılır. Əksər hallarda belə informasiya yanlış olur. İT nəhəngləri “COVID-19” haqqında yalan məlumatların yayılması ilə mübarizə üçün tədbirlər alırlar. Məsələn, “WhatsApp” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiya haqqında doğru məlumatlardan ibarət portal hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, layihədə “WhatsApp” və ÜST-dən başqa, UNICEF və BMT-nin İnkişaf Proqramı iştirak edir. Resursda virus haqqında əsas informasiya, yoluxmanın qarşısının alınması üçün tövsiyələr, həmçinin pandemiya şəraitində messencerdən effektiv istifadə nümunələri yerləşdirilib.

 

“WhatsApp” nümayəndələri yaxınlarla qrup çatları və videozənglər vasitəsi ilə ünsiyyət saxlamağı, yalnız etibarlı informasiya mənbələrinə etibar etməyi və doğruluğuna əmin olmadığınız halda xəstəlik haqqında məlumatları başqa kontaktlara göndərməməyi tövsiyə edirlər. Mövcud şəraitdə messencerin uğurlu işinə dair real nümunələr göstərilir.

 

Emil Hüseynov





Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024