Elektron qeydiyyat sistemi genişlənir
Hazırda Azərbaycanda vergi ödəyicisi olan fiziki şəxslərin ümumi sayının 30 faizi elektron qaydada uçota alınıb. Vergilər Nazirliyindən verilən məlumatda bildirilir ki, 2011-ci il iyulun 1-dən başlayaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin elektron qaydada vergi uçotuna alınmasına başlayıb.
"Ötən müddət ərzində respublika üzrə 7956 (30 faiz), o cümlədən Bakı şəhəri üzrə 2618 (23 faiz) fiziki şəxs elektron qaydada uçota alınıb", - məlumatda deyilir.
Bundan başqa, ötən müddət ərzində elektron ödəniş sisteminin yaradılması məqsədilə Vergilər Nazirliyi tərəfindən Mərkəzi Bankla danışıqlar aparılıb və büdcə təsnifatları, xəzinədarlıq orqanları, vergi ödəyicilərinin sayı, daxilolmalar üzrə tranzaksiyaların sayı və daxilolmaların məbləğləri barədə statistik məlumatlar hazırlanaraq Mərkəzi Banka təqdim edilib.
Həmçinin, Maliyyə və Vergilər nazirliklərinin və Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilmiş birgə görüşlərdə vergi və rüsumların elektron ödənilməsinin təmin edilməsi ilə bağlı texniki məsələlər müzakirə edilib.
Dəgər tərəfdən, elektron qeydiyyatın tətbiqi ilə bağlı normativ hüquqi aktlarda əlavə və dəyişikliklər edilməsi barədə ilkin təkliflər hazırlanıb. Hazırda təkliflərin qiymətləndirilməsi və yekun layihələrin hazırlanması işləri yerinə yetirilir.
Baxış sayı: 827
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet