12px13px15px17px
Tarix:30/03/20

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – "Huawei Technologies" və "Tencent Holdings" mobil əyləncə sənayesinin ən aktual sahələrindən olan "bulud" oyunlarında səyləri birləşdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən "bulud" oyunlar, süni intellekt, virtual və əlavə reallıq (VR/AR) kimi mütərəqqi texnologiyaların oyun sənayesinə tətbiqində ixtisaslaşacaq oyunların hazırlanması üzrə birgə laboratoriya yaradılacaq.

 

Əsas layihələrdən biri yüksəkkeyfiyyətli və ucuz "bulud" oyun həllinin yaradılması üçün "Huawei" şirkətinin "Kunpeng" prosessorunun hesablama gücündən "Tencent GameMatrix" "bulud" oyun platformasında istifadə olacaq.

 

Bundan başqa, laboratoriya yeni oyun platformalarının yaradılması üçün birgə yeni çip funksiyaları və sazlama alətləri hazırlayacaq, eləcə də süni intellekt, virtual və əlavə reallıq texnologiyalarını tətbiq edəcək.

 

"Fortune Business Insights" tədqiqat şirkətinin hesabatına görə, 2027-ci ildə dünya "bulud" oyunları bazarının ümumi həcmi 2018-ci ilin 12,5 milyard dollarlıq göstəricisi ilə müqayisədə 56,57 milyard dollara çatacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024