12px13px15px17px
Tarix:31/03/20

Koronavirusu 5 dəqiqəyə aşkarlayan portativ qurğu hazırlanıb

ABŞ-ın “Abbott” şirkəti koronavirus infeksiyasını molekulyar analiz metodu ilə 5 dəqiqəyə diaqnozlaşdırmağa imkan verən “Abbott ID NOW” adlı portativ qurğu hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, qurğunun tətbiqinə artıq ABŞ-ın Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi (FDA) tərəfindən icazə verilib.

 

Məlumata görə, çəkisi 3 kq təşkil edən qurğunun ölçüsü orta tosterin ölçüsünə bərabərdir. Analiz edilən biomaterialda “SARS-CoV-2” virusunun ribonuklein turşusu (RNT) olduğu zaman yeni tibbi qurğu onu 5 dəqiqə ərzində aşkarlaya bilir. Həmçinin biomaterialda virus ribonuklein turşusunun mövcud olmadığını təsdiq etmək üçün qurğuya daha çox vaxt – təxminən 13 dəqiqə lazımdır.

 

Bildirilir ki, kompakt və sadə “Abbott ID NOW” qurğusunun əsas üstünlüyü onun xüsusiləşmiş xəstəxanadan kənarda tətbiq edilməsi imkanına malik olmasındadır. Şirkət nümayəndələrinin sözlərinə görə, koronavirus pandemiyası şəraitində faydalı qurğunun kütləvi istehsalına növbəti həftə ərzində başlamaq nəzərdə tutulur.

 

“Analizin əsasını təşkil edən texnologiya kifayət qədər sadədir. SARS-CoV-2 virusunun ribonuklein turşusu hissəsi xüsusi cihazlar tərəfindən aşkar edilənədək güclənir. Qurğunu təkcə koronavirusun aşkarlanması üçün deyil, eyni zamanda digər virus infeksiyalarının diaqnozlaşdırılması üçün istifadə etmək mümkündür. Məsələn, “Abbott ID NOW” A və B qriplərini, eləcə də kəskin respirator virus infeksiyalarını müəyyənləşdirir”, – istehsalçı nümayəndələri qeyd edib.

 

Nizam Nuriyev





Baxış sayı: 1178

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024