Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC" Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "Global Virtual Hackathon" müsabiqəsi keçirilir.
"Global Virtual Hackathon"un keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.
İdeya qəbulu haqda elandan tutmuş, seçim mərhələsi, prototiplərin sınanması və ideyaların həyata keçirilməsinə kimi bütün proseslər virtual formada reallaşdırılır.
Rəsmi dili ingilis dili olan müsabiqəyə qeydiyyata bu gündən start verilir. İştirakçılar müsabiqəyə qoşulmaq üçün "www.hackcov19.com" saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün qısa formanı doldurmaq lazım gəlir. Müraciət formasına müddəti maksimum bir dəqiqəlik, mövcud həll yolundan bəhs edən video yüklənilməlidir. Bu videolar sosial media platformalarında da yayımlanacaq.
Qeydiyyat 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.
Müsabiqəyə qoşulanların ideyalarını təkmilləşdirməsi üçün bir həftə zamanı olacaq. İştirakçılar mentorlarla işləyərək həmin həll yollarını yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim edəcəklər.
Münsiflər heyətinin yekun qərarı təklif olunan həll yolunun effektivliyi, eləcə də ideyanın yerli, regional və beynəlxalq səviyyədə nə dərəcədə asan və tez tətbiq oluna biləcəyi amilləri əsasında formalaşacaq.
Seçilən iştirakçılar üçün müsabiqəyə cari ilin 10 aprel tarixində start veriləcək. 12 aprel tarixində keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.
Birinci yerin sahibinə 5 min dollar, ikinci yerin qalibinə 3 min dollar və üçüncü yeri tutana isə 2 min dollar məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.
Baxış sayı: 1097
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet