“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib
"Vivo" şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı "Vivo S6 5G" adlı smartfon təqdim edilib. "Exynos 980" prosessoru ilə işləyən yeni aparatın əsas xüsusiyyətləri tutumlu akkumulyator, tərəflər nisbəti 20:9 olan böyükölçülü displey və mobil çəkiliş üçün qabaqcıl optika dəstidir.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, aparat 32 meqapiksellik (mp) selfi-modul üçün kiçik dəlik və Full HD təsvir ölçülü 6,44 düymlük AMOLED displeylə təchiz edilib. Ekran səthinin alt hissəsində qurğunu blokdan çıxarmaq üçün optik barmaq izi skaneri quraşdırılıb. Qurğu 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malik 4500 milliamper/saat tutumlu akkumulyatora malikdir. Yeni cihaz "Funtouch OS 10" interfeysli "Android 10" sisteminin idarəetməsi altında işləyir.
"Exynos 980 5G" prosessoru ilə işləyən "Vivo S6" smartfonu müxtəlif tutumlu əməli və daxili yaddaşa malik iki konfiqurasiyada (6/128 və 8/256) təqdim edilib, bu halda "microSD" yaddaş kartı üçün slot nəzərdə tutulmayıb. Cihazın əsas kamerası 4 sensordan ibarətdir: 48, 8 (genişbucaqlı optika), 2 (makroobyektiv) və 2 mp (dərinlik datçiki). Arxa və ön kameralar elektron sabitləşmə texnologiyasını (EIS) dəstəkləyir.
Emil Hüseynov
Baxış sayı: 519
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet