12px13px15px17px
Tarix:01/04/20

Yeni “Sony” televizorları nümayiş olunub

“Sony” şirkəti Çində keçirilən ilk onlayn tədbir çərçivəsində premium sinifli yeni “ağıllı” televizorlar seriyasını rəsmən təqdim edib. Seriyaya 5 model – “Z8H”, “A8H”, “X9000H”, “X9500H” və “X8000H” daxildir. Müxtəlif diaqonala malik televizorlar müxtəlif auditoriya üçün nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Sony Z8H” seriyada “LED” ekranlı yeganə “8K” televizordur. Alıcılara qiyməti müvafiq olaraq 7060 və 11295 dollar təşkil edən və aprelin 26-da satışa çıxarılacaq 75 və 85 düym diaqonallı versiyalar təklif olunur.

 

“Sony A8H” modeli “4K” təsvir ölçülü “OLED” panellə təchiz edilib. Qalan üç model eyni təsvir ölçülü adi “LED” ekranlara malikdir. Bütün modellər “TRILUMOS”, “X-Reality Pro” və “X-Motion Clarity” təsvirin keyfiyyətinin yaxşılaşdırılması texnologiyası, eləcə də “Dolby Vision” və “Dolby Digital Panorama Sound” dəstəyi ilə təchiz olunub.

 

“Z8H”, “A8H” və “X9500H” modelləri “Sony X1 Ultimate” prosessoru, “X9000H” və “X8000H” televizorları isə “Sony X1” çipinə malikdir. Televizorlar “Sony” proqram təminatlı “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

“X9500H” modelinin 55, 65 və 75 düymlü versiyalarının qiyməti müvafiq olaraq 1129, 1835 və 2965 dollar, “X8000H” televizorunun 75 və 85 düymlü versiyalarının isə 1412 və 2541 dollar təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024