Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq
ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Interferometer Space Experiment” (SunRISE – “Radiointerferometr vasitəsilə Günəşin tədqiqi üzrə kosmik eksperiment”) adlı yeni tədqiqat missiyası buraxmaq niyyətindədir. Bu barədə “NASA” saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, missiyanın fəaliyyəti dövründə əldə edilən informasiya Günəş sisteminin quruluşunu daha yaxşı anlamaqla yanaşı, Aya və Marsa göndəriləcək astronavtları qorumağa kömək edəcək.
Məlumata görə, “SunRISE” missiyasına bir teleskop kimi işləyəcək altı mikropeyk daxil olacaq. Buraxılışı 1 iyul 2023-cü ilə nəzərdə tutulan missiya üçün ”NASA” tərəfindən 62,6 milyon dollar ayrılıb.
“SunRISE” peyklərinin köməyi ilə alimlər Günəş sahələrinin günəş fırtınalarının əmələ gəlməsinə səbəb olan kosmik mühit mənbələrinin üçölçülü xəritələrini yaratmağı planlaşdırırlar. Bundan başqa, missiya Günəşdən uzaqlaşma zamanı hissəciklərə sürətlənmək üçün nəyin kömək etdiyini izləyəcək.
Nizam Nuriyev
Baxış sayı: 625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet