12px13px15px17px
Tarix:03/04/20

“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

“Facebook” şirkəti istifadəçilərə “Zoom” kommunikasiya xidmətinin analoqunu – “Messenger”in masaüstü versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, artıq yeni proqramı “Microsoft Store” (Windows) və “Mac App Store” (macOS) proqram mağazalarından yükləmək olar. Kompüterlər üçün nəzərdə tutulmuş “Messenger” proqramı heç bir məhdudiyyət olmadan yüksək keyfiyyətli səsli və video formatda ünsiyyət qurmağa, faylları paylaşmağa və bildirişləri tənzimləməyə imkan verir.

 

“Messenger”in masaüstü və mobil versiyaları arasında yazışma avtomatik sinxronlaşdırılır. Həmçinin "gecə rejimi" və animasiyalı GIF fayllar dəstəklənir.

 

Kompüter üçün versiya xidmətə olan yüksək tələbata cavab olaraq istifadəyə verilib. “Facebook”un nümayəndəsi bildirib ki, son ayda “Messenger”in veb versiyasında səsli və videozənglərin sayında 100%-lik artım müşahidə edilib.

 

Emil Hüseynov





Baxış sayı: 176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020