12px13px15px17px
Tarix:03/04/20

İkiekranlı “Asus” oyun noutbuku təqdim olunub

“Asus” şirkəti iki ekranla təchiz edilən “ROG Zephyrus Duo 15” oyun noutbukunu nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, noutbukun 15,6 düym diaqonallı əsas ekranını 14,09 düymlük, “UHD” (3840х1100 piksel) və “IPS” matrisalı yardımçı “ScreenPad Plus” displeyi tamamlayır. Korpusun eni üzrə uzanan ikinci dərəcəli ekran aşağı hissədə – klaviaturanın üstündə yerləşir. Noutbukun qapağı açılan zaman “ScreenPad Plus” avtomatik “13 DEG” kiçik bucağı altında qaldırılaraq soyutma sistemi üçün hava girişini açır.

 

“ScreenPad Plus” ekranına oyundaxili çat, tapşırıqlar jurnalı və oyun üçün digər faydalı kontenti daxil etmək mümkündür. Qurğu əksər populyar layihələr, o cümlədən “League of Legends”, “Fortnite” və “CS:GO” ilə uyğunluq təşkil edir. Bundan başqa, yardımçı panelin imkanları oyunlarla məhdudlaşmır. “ScreenPad Plus” displeyinə, həmçinin material və çertyojları, palitraları, poçt proqramını və “YouTube” videosunu köçürərək əsas ekranı digər tapşırıqlar üçün boşaltmaq olar.

 

“ROG Zephyrus Duo 15” noutbukunun əsas displeyi qismində 3 millisaniyəli az çağırış vaxtına reaksiya və 300 giqaherslik tezlik yenilənməsinə malik maye-kristal panel çıxış edə bilər. O, daha çox oyunlar və ya gündəlik vəzifələr üçün “4K/UHD” formatlı maye-kristal panellər üçün uyğundur.

 

Noutbukun maksimal konfiqurasiyasına turbo rejimində 1330 meqahersədək sürətlənən “Nvidia GeForce RTX 2080 Super” videokartı və onuncu nəsil (Comet Lake) 8 nüvəli “Intel Core i9-10980HK” prosessoru daxildir. Maksimal operativ yaddaş tutumu 48 giqabayt təşkil edir. Qoşulma üçün “USB 3.2 Gen2”, “Thunderbolt 3”, “DisplayPort 1.4” və “4K” monitor üçün “HDMI 2.0b”, oyun periferiyası üçün 3 ədəd “USB Type-A” portları nəzərdə tutulub.

 

Nizam Nuriyev





Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024