12px13px15px17px
Tarix:03/04/20

“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti yeni “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş aparat Hindistanda “Redmi 8A Dual” adlandırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon 5000 milliamper/saat tutumlu akkumulyator, “Snapdragon 439” prosessoru, “Gorilla Glass 5” şüşəsi ilə qorunan 1520x720 piksel təsvir ölçülü 6,22 düymlük ekranla təchiz edilib. Həmçinin 13 və 2 mp-lik iki modullu əsas kamera və 8 mp-lik ön kamera quraşdırılıb.

 

2 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik modifikasiyanın dəyəri 93 dollar, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti isə 99 dollar məbləğində qiymətləndirilib.

 

Emil Hüseynov





Baxış sayı: 1577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024