12px13px15px17px
Tarix:02/12/11

Nəqliyyatın intellektual idarə edilməsi sistemi üzrə işlər başa çatmaq üzrədir

Azərbaycan Nəqliyyat Nazirliyi ilin sonuna qədər Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemini istismara verməyi planlaşdırır. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, sistemi cari ilin sonuna qədər istismara vermək planlaşdırılır.

 

Sistemin Bakıda işə salınması birinci mərhələ olacaq. İkinci və üçüncü mərhələlərdə sistem Abşeron yarımadasını, eləcə də ölkənin bütün iri avtomobil magistrallarını və yollarını əhatə edəcək. Hər üç mərhələ işə salındıqdan sonra sistem Bakıdakı mərkəzdən idarə ediləcək.

 

Layihənin bahalaşması Nazirlər Kabinetinin "Terror aktlarının qarşısını almaq üçün bir sıra tədbirlərin görülməsi haqqında" qərarına uyğun olaraq sistemin əlavə funksiyalarının işlənib hazırlanması ilə əlaqədardır. Onun dəyəri 19 milyon dollar artıb. İlkin dəyəri isə 77 milyon dollar olub.

 

Dəyişikliklərin edilməsi nəticəsində videoaxınların və onların qeydiyyatının artırılması təmin edilib. Bundan başqa, informasiya terminallarının sayı 300-dən 664 ədədə çatdırılıb. İşlərin genişləndirilməsi çərçivəsində Bakının küçələrində quraşdırılması nəzərdə tutulan informasiya tablolarının sayı 20-dən 48 ədədə çatdırılıb.

 

Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılır. Bu işlər yol polisi və intellektual sistemin hazırlanması prosesində iştirak edən Cənubi Koreya mütəxəssisləri ilə birgə aparılır. İntellektual sistem 150-yə yaxın yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.





Baxış sayı: 1054

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024