“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib
"Xiaomi" şirkətinin daşınan elektronika çeşidinə "Haylou" brendinə məxsus yeni "ağıllı" saat əlavə edilib. Dairəvi siferblata malik klassik dizaynda hazırlanmış "Solar" adlı cihaz uzun müddət avtonom işləyir, su və toza qarşı dayanıqlıdır, həmçinin faydalı funksiyalar dəstinə malikdir.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Haylou Solar LS05" saatı 240x240 piksel təsvir ölçülü 1,28 düymlük LCD displeylə təchiz edilib. İstehsalçı əmin edir ki, ekranın parlaqlığı hətta informasiyanı günəş şüaları altında rahat oxumağa imkan verir. Korpusu metaldan hazırlanmış "ağıllı" saat "IP68" standartını dəstəkləyir.
340 milliamper/saat tutumlu akkumulyator qənaətcil rejimdə 30, ürək ritmini 24 saat monitorinq edən funksiyanın aktivləşdirilməsi vaxtı isə 14 günədək avtonom işləməni təmin edir. Bu saat qaçış, yerimə, yoqa, basketbol və sairə daxil olmaqla 12 fiziki aktivlik növünü izləyə bilər. "Ağıllı" saat smartfondan daxil olan bildirişləri göstərməklə yanaşı, addımölçən və kalori sayğacı funksiyaları da əldə edib.
Yenilik "Android" (4.4 ) və "iOS" (8.0 ) mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonlara "Bluetooth 5.0" protokolu ilə qoşulmanı dəstəkləyir. Silikon qolbaqla təchiz edilmiş modelin çəkisi 54 qramdır.
Emil Hüseynov
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet