İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?
Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seqmentlərini mənimsəyir. Belə ki, şirkətin yeni fəaliyyət istiqamətlərindən biri “ağıllı” televizorlar olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bundan əvvəl şirkətin televizorlar bazarına daxil olması ilə bağlı planlar barədə marketinq üzrə direktor Frensis Van məlumat verib. “Smart” televizorların bu rüb təqdim ediləcəyi gözlənilir.
Bildirilir ki, gələcək televizorlardan biri Hindistanın Standartlar Bürosunun (Burea of Indian Standards, BIS) saytında dərc edilən sənədlərdə əks olunub. Model “JSC55LSQL” kod adı ilə göstərilib.
Qeyd olunur ki, ekranın ölçüsü diaqonal üzrə 43 düym təşkil edir. Qurğunun təsvir ölçüsü və digər xüsusiyyətləri barədə məlumat verilmir.
Bununla belə, “Realme” şirkəti tərəfindən digər ölçü variantlarında da televizorların buraxılacağı gözlənilir. “Full HD” (1920 × 1080 piksel) və “4К” (3840 × 2160 piksel) formatlı modellərin təqdim ediləcəyi ehtimal olunur.
Nizam Nuriyev
Baxış sayı: 548
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet