12px13px15px17px
Tarix:06/04/20

Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəstəliklərin müalicəsində zamanla beyin toxumasına mənfi təsir göstərən metal implantlardan istifadə olunur. Massaçusets Texnologiya İnstitutunun biomühəndisləri insan beyninə transplantasiya vaxtı tamamilə təhlükəsiz olan neyron sensorlar və elastik implantların 3D çap texnologiyasını hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qurğular polimer və ya yüksək elektrik keçiricilik xüsusiyyətlərinə malik olan yumşaq plastikdən hazırlanıb. Bu materialın diş pastasına bənzər bir qatı maddəyə çevrilməsindən sonra mühəndislər 3D printerin köməyi ilə elektrik keçirici təsvirlərdən ibarət olan elastik səth çap ediblər. Sınaqlar zamanı siçanın beyninə rezin elektrod yerləşdirmək mümkün olub. Heyvan sərbəst hərəkət edib, qurğu isə bir neyronun fəallığını qeydə almağa nail olub. Tədqiqatçıların sözlərinə görə, beynin fəallığının monitorinqi müxtəlif nevroloji xəstəliklər üçün müalicə metodlarının seçimində kömək edəcək.

 

"Biz insanların müxtəlif qurğular yaratmaq üçün bu texnologiyadan tez bir zamanda istifadə edə biləcəyinə ümid edirik" – tədqiqatçılar deyiblər.

 

Emil Hüseynov





Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024