12px13px15px17px
Tarix:07/04/20

“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim edilən “Galaxy Chromebook” noutbuku rəsmən satışa çıxarılıb. “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunu istehsalçının rəsmı saytı və ya ABŞ-ın “Best Buy” mağazalar şəbəkəsi vasitəsilə əldə etmək mümkündür. Kompüterin qiyməti 1000 dollar təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, noutbuk boz (Mercury Grey) və açıq-qırmızı (Fiesta Red) olmaqla iki korpus rəngində tədarük ediləcək.

 

“Galaxy Chromebook” 13,3 düym diaqonallı “4K OLED” ekranla təchiz edilib, eləcə də əksər noutbuklarla müqayisədə daha güclü onuncu nəsil “Intel Core i5” prosessoruna malikdir. Qurğunun spesifikasiyasına, həmçinin “LPDDR3” tipli 8 giqabaytlıq operativ yaddaş və 256 giqabayt tutumlu bərkcisimli toplayıcı daxildir.

 

“Samsung Galaxy Chromebook” noutbukunun ölçüsü 30,28 × 20,32 × 0,99 sm, çəkisi isə 1,03 kq təşkil edir.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?v=9f3HuvMEYSs&feature=emb_title





Baxış sayı: 524

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024