Britaniyalılar "koronavirusu dayandırmaq" məqsədi ilə “5G” stansiyasılarını yandırırlar
Böyük Britaniyanın Liverpul, Birmingem və Mersisayd şəhərlərinin sakinləri ötən həftə "5G" stansiyalarının koronavirus pandemiyasına səbəb olması iddiası ilə onları yandırıblar. "Vodafone UK" şirkətinin nümayəndəsi "The Verge" nəşrinə müsahibədə dörd stansiyanın yandırıldığını bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, məlumata görə, Birmingemdə "EE" telekommunikasiya şirkətinə məxsus yandırılmış stansiyalardan biri isə beşinci nəsil mobil rabitə xidmətləri göstərmir.
"Bizim mühəndislər Birmingemdə stansiyalardan birində yanğının səbəbinin müəyyənləşdirilməsi ilə məşğuldurlar. Bunun qəsdən yandırılma olduğu müəyyənləşsə – hazırda hər şey məhz belə görünür, biz Uest-Midlends polisinə təqsirkar şəxsin tutulmasına kömək etmək niyyətindəyik. Stansiya Birmingem ətrafında minlərlə abunəçiyə xidmət göstərməklə uzun illər həyati əhəmiyyətli "2G", "3G" və "4G" rabitəsini təmin edir. Biz rabitəni mümkün qədər tez bərpa etməyə çalışacağıq, lakin yanğın böyük ziyan vurub", – şirkət nümayəndəsi qeyd edib.
Yanğınlardan sonra Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Nazirliyi "5G" stansiyalarının guya "COVID-19" ilə əlaqəsi olması nəzəriyyəsini təkzib edən bəyanatla çıxış edib.
Qeyd edək ki, "5G" texnologiyasının qurulması və "COVID-19" pandemiyası arasında əlaqənin olması barədə şayiələr əsasən sosial şəbəkələr vasitəsilə yayılır. "Facebook" və "Nextdoor" şəbəkələrində "5G" texnologiyasının koronavirusun yayılmasına səbəb olması ilə bağlı dezinformasiya dərc edən bir neçə qrup fəaliyyət göstərir. Nəzəriyyəyə görə, Çinin Uhan şəhərində xəstəliyin yayılması orada "5G" stansiyası quraşdırıldıqdan sonra baş verib. Nəzəriyyə tərəfdarlarının sözlərinə görə, məhz stansiya yoluxma mənbəyi olub və virus "5G" şəbəkələri vasitəsilə ötürülür.
Nizam Nuriyev
Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet